İrəvanda qiyamçılar həkim briqadasını girov götürdü
“Bu gecə polis binasını ələ keçirən silahlı qrupunun iki üzvünün yaralanmasına dair məlumat yayılıb. Hüquq-mühafizə orqanları onlara yardım edilməsini təklif edib, lakin qarşı tərəf rədd cavabı verib. Daha sonra onların qohumları həkim göndərilməsi üçün müraciət ediblər. Bir qədər sonra isə silahlı qrup yaralının vəziyyətinin ağır olduğunu bildirərək həkim tələb edib. Binaya gələn həkimlər silahlılar tərəfindən girov götürülüb. Həkimlərin danışqılar yolu ilə azad olunması üçün tədbirlər görülür”.
Eldar Tanrıverdiyev
AzVision.az