Türkiyə sərhədində terror: Xeyli ölü və yaralı var

Türkiyə sərhədində terror: Xeyli ölü və yaralı var
  27 İyul 2016    Oxunub:5969
Türkiyə-Suriya sərhədində terror aktı törədilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Suriyanın Haseke vilayətinin Qamışlı rayonunda PYD-nin qərargahı qarşısında baş verib.

Belə ki, minalanmış yük avtomobili qərargahın qarşısında partladılıb. Nəticədə 12 nəfərin öldüyü, 50 nəfərin yaralandığı deyilir.

Suriya dövlət televeziyası isə məlumat yayıb ki, partalyış zamanı 30-dan çox evə ziyan dəyib, 44 nəfər ölüb, 150-dən çox yaralı var. Ölü sayının artacağı ehtimal edilir.

Eyni zamanda, partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti