İrəvan qiyamçılarından tələb: `Səhiyyə nazirini bura gətirin...`

İrəvan qiyamçılarından tələb: `Səhiyyə nazirini bura gətirin...`
  27 İyul 2016    Oxunub:3603
İrəvanda təcili tibbi yardım briqadasını girov götürən qiyamçılar onları azad etmək üçün öz şərtlərini açıqlayıblar.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, silahlı qrup səhiyyə naziri Armen Muradyan və bir qrup həkimin əraziyə gəlməsini tələb edir.

“Silahlı qiyamçılar ələ keçirdikləri binada ötən gün yaralanan şəxslərin əməliyyat olunmasını istəyirlər”, - deyə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayanın yaydığı bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti