Mədət Quliyev Sankt-Peterburqda - FOTO

Mədət Quliyev Sankt-Peterburqda - FOTO
  28 İyul 2016    Oxunub:2822
2016-cı il iyul ayının 27-28 tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci Müşavirəsi keçirilib
AzVision.az xəbər verir ki, müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunub.



Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib. General-leytenant Mədət Quliyev Müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti