Dəmirov `Petkim`dəki vəzifəsindən istefa verdi

Dəmirov `Petkim`dəki vəzifəsindən istefa verdi
  29 İyul 2016    Oxunub:2916
Türkiyənin "Petkim" neft-kimya kompleksinin satın almalar üzrə direktor müavini Natiq Dəmirov vəzifəsindən istefa verib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə holdinq məlumat yayıb.

Bildirilib ki, “Petkim”in sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və iyulun 27-dən etibarən şirkətin bəzi əməkdaşlarının işdən çıxarılması holdinqin işinə heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, ötən gün "Petkim Petrokimya Holding A. Ş."-yə yeni rəhbər təyin olunub. Holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti