2 mindən çox alim həbs edilə bilər

2 mindən çox alim həbs edilə bilər
  29 İyul 2016    Oxunub:1361
Türkiyədə Ali Təhsil Şurası dövlət çevrilişi cəhdi ilə bağlı iki mindən çox alim barədə araşdırma aparır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Təhsil Şurasının yaydığı məlumata görə, araşdrıma 440 nəfəri professor, 525 dosent, 654 dosent assistenti olmaqla, ümumilikdə 2239 elmi işçini əhatə edir.

Eyni zamanda, dövlət ali təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışan 654 nəfər, vəqf universitetlərində işləyən 79 akademik və 18 vəzifəli şəxs barəsində də araşdırma aparılır.

FETÖ ilə əlaqələri sübuta yetirilsə, 2 mindən çox alimi həbs gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti