`Atatürk`də təhlükəsizlik tədbirləri gücləndirilib

`Atatürk`də təhlükəsizlik tədbirləri gücləndirilib
  29 İyul 2016    Oxunub:1515
İstanbulun Atatürk Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
AzVision.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar aviaşirkətlər sərnişinlərdən qeydiyyat üçün uçuşa 3 saat qalmış aerporta gəlməyi xahiş edir.

Məlumata görə, vətəndaşlara aeroporta gələrkən öz şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülüb.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava Limanına girişdə polis şübhəli avtomobilləri, insanları saxlayır və axtarışlar aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti