İrəvanda qiyamçılarla atışma: `Tənha canavar` yaralandı

İrəvanda qiyamçılarla atışma: `Tənha canavar` yaralandı
  29 İyul 2016    Oxunub:3832
Ermənistanın paytaxtı İrəvanda atışma olub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə `Təsisedici parlament` adlı qurum xəbər yayıb.

Məlumata əsasən polis şöbəsini nəzarətdə saxlayan `Sasna çrer` silahlı qruplaşmasının üzvü, `Tənha canavar` ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralanıb.

Xandoyana snayper tərəfindən atəş açıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti