İrəvanda qarşıdurma: 50-dən çox etirazçı tutuldu (Yenilənib)

İrəvanda qarşıdurma: 50-dən çox etirazçı tutuldu (Yenilənib)
  30 İyul 2016    Oxunub:4606
Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı kütlə Azadlıq meydanında toplaşıb, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Aksiya iştrakçıları polis idarəsini ələ keçirən silahlı qiyamçılara dəstək nümayiş etdirirlər. Etirazçılar polis alayının binasınadək yürüş keçirməyi qərara alıblar.

***

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, İrəvanda etirazçılar arasında həbs edilənlər var. Onların sayı hələlik açıqlanmayıb. Bildirilib ki, polislər etirazı dağıtmaq üçün səsli qumbaralardan istifadə edib.

Bu dəqiqələrdə yayılan məlumata görə, İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.

***

Etiraz aksiyası zamanı təxminən 50-dən insanın saxlanıldığı haqda məlumat yayılıb. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

İrəvanın mərkəzi küçələri polislər tərəfindən mühasirəyə alınıb.

Digər məlumata görə, polis tərəfindən etiraz aksiyasının dağılması zamanı Rusiyanın "Life" telekanalının operatoru yaralanıb. Bundan başqa etirazçılarla polis arasında baş verən toqquşma zamanı "Azadlıq" radiosunun əməkdaşları da zərər çəkib.

Etirazçılar arasında yaralıların olduğu bildirilir.

Xatırladaq ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Bu gün sİlahlılarla polislər arasında baş verən atışmada 3 qiyamçı yaralanıb. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda silsilə etirazlar keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti