Türkiyədə 17 jurnalist həbs edildi

Türkiyədə 17 jurnalist həbs edildi
  30 İyul 2016    Oxunub:1360
İstanbul məhkəməsi prokurorluğun iddiası ilə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.
“Anadolu” agentliyi xəbər verir ki, şübhəlilər Çağlayandaki Ədliyyə İdarəsinə göndərilib. Onların arasında məşhur jurnalist Nazlı İlıcakın da adı var.

Jurnalistlərdən 4-ü ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan 42 media mənsubunun məsuliyyətə cəlb olunması haqqında təlimat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti