İrəvanda polis vəhşiliyi: 30-dan çox yaralı var (VİDEO)

İrəvanda polis vəhşiliyi: 30-dan çox yaralı var (VİDEO)
  30 İyul 2016    Oxunub:5429
Ötən gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 30-dan insan yaralanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

Onun sözlərinə görə, yaralıların dəqiq sayı müəyyən deyil.

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları post-patrul xidməti alayı binasının yaxınlığına cəmləşmiş müxalifətin nümayişçilərini dağıdıblar.

Əməliyyat zamanı təxminən 50 nəfər, o cümlədən "İrs" müxalifət partiyası sədrinin müavini Armen Martirosyan saxlanılıb. "Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri döyülüblər.

Etiraz aksiyalarının yenidən davam edəcəyi gözlənilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti