Daha iki general tutuldu

Daha iki general tutuldu
  30 İyul 2016    Oxunub:1361
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində İzmir şəhərində yüksək rütbəli hərbçilər saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında general-leytinant Həmzə Koçyigit, Baş Qərargahın sabiq başçısının köməkçisi general Yaşar Böyükanıt və polkovnik Gürsel Yüca olmaqla 20 nəfər saxlanılıb.

Bundan başqa Konya şəhərində hərbi çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-si həbs edilib. Onlara qarşı cinayət işi açılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti