`Həmin gecə evdə həyəcan keçirdim` - Səfir
“Ən önəmlisi odur ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra daxili siyasət səhnəsində yumşalma var. Siyasi partiyaların liderləri bir-birinə müsbət mesajlar verirlər. Cəmiyyətimiz bu müsbət mənzərədən məmnun olduğunu ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan da dövlət başçısı kimi, bundan məmnundur. Ölkə daxilindəki bu konstruktiv mühit Konstitusiya ilə bağlı mübahisələrin daha sağlam əsasda aparılmasına imkan verəcək. Bu, həm də demokratiyamızın səviyyəsi baxımından gözəl örnəkdir. İnşallah, belə bir konstruktiv əsasa söykənərək çox mühüm və çətin proses olan Konstitusiya dəyişikliyini uğurla başa çatdıracağıq.”-deyə, səfir İsmail Alper Coşkun bildirib.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun müsahibəsində bütün azərbaycanlı qardaşlarına bir daha təşəkkür etdiyini bildirib: “Xüsusilə qeyd etmək istəyirəm ki, həmin gecə ölkəmiz üçün evdə necə həyəcan və narahatlıq keçirdimsə, azərbaycanlı qardaşlarımız da eyni hissi, həyəcanı yaşadılar. Bu, mənim müşahidə etdiyim ən dəyərli məqam oldu. Bunu mənə yaşatdığı üçün Azərbaycan xalqına təşəkkür edirəm.”
AzVision.az