KİV: Qarabağda erməni əsgəri yaralanıb

KİV: Qarabağda erməni əsgəri yaralanıb
  30 İyul 2016    Oxunub:3204
Ermənistan ordusunun əsgəri yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, qondarma “DQR müdafiə nazirliyi”nin yaydığı məlumata əsasən iyulun 29-dan 30-na keçən gecə təmas xəttində erməni əsgəri yaralanıb.

1996-cı il təvəllüdlü əsgər Qraç Gevorkyanın vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti