Ermənistanda müxalifət lideri həbs olundu

Ermənistanda müxalifət lideri həbs olundu
  30 İyul 2016    Oxunub:2332
Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini Armen Martirosyan həbs olunub.
AzVision.az erməni KİV-nəistinadən xəbər verir ki, Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub.

Məlumata əsasən bu gün siyasətçinin barəsində cinayət işi başlanıb. Hazırda Martirosyan müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, A. Martirosyan iyulun 17-də İrəvanda polis binasını ələ keçirən silahlı şəxslərə dəstək olaraq təşkil edilən etiraz aksiyasının təşkilatçılarından biridir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti