İsrail səfiri Oğuz və Qəbələdə olub

İsrail səfiri Oğuz və Qəbələdə olub
  30 İyul 2016    Oxunub:1826
İsrailin Azərbaycandakı səfiri Dan Stav Oğuz və Qəbələ rayonlarına səfər edib.
İsrailin Azərbaycandakı səfirliyindən AzVision.az verilən məlumata görə, səfər müddətində səfir hər iki rayonun icra hakimiyyəti başçıları ilə görüşüb.

Görüşlərin əsas məqsədi kənd təsərrüfatı, turizm və insanlar arası əlaqələrin gücləndirilmə imkanlarını müzakirə etmək idi. Səfir Dan Stav Oğuz rayonunda sinaqoqları ziyarət edib, yəhudi icmasının üzvləri ilə görüş zamanı müxtəlif din və etnik qrupların birgə harmoniyada yaşamalarına heyran olduğunu bildirib. Səfir bildirib ki, Qəbələnin Nic kəndinə ziyarəti zamanı multikultural dəyərlərin Azərbaycan cəmiyyətində dərin kök salmasının şahidi olub.

Səfərin daha bir əsas məqsədi hər iki regionda iqtisadi potensialla tanış olmaq idi. Belə ki, D.Stav Oğuzda qarğıdalı emalı şirkəti, qida sənayesi və Qəbələdə heyvandarlıq kompleksində olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti