İrəvan qiyamçılarından ikisi həbs edildi

İrəvan qiyamçılarından ikisi həbs edildi
  30 İyul 2016    Oxunub:1813
Ermənistanda polis idarəsini ələ keçirən silahlı qrup üzvlərindən ikisi həbs olunub.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, məhkəmə qiyamçılar Qaqik Yeqiazaryan və Arom Akopyanın barəsində iki aylıq həbs qərarı çıxarıb.

Qeyd edək ki, həbs edilənlər iyulun 27-də polislə atışmadan sonra hüquq-mühafizə orqanlarına təslim olmuşdular.

Xatırladaq ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Bu gün sİlahlılarla polislər arasında baş verən atışmada 3 qiyamçı yaralanıb. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda silsilə etirazlar keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti