İrəvanda qiyamçılara dəstək aksiyası - Yenilənib

İrəvanda qiyamçılara dəstək aksiyası - Yenilənib
  31 İyul 2016    Oxunub:1928
İrəvanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilir.
Meydana çoxlu sayda etirazçı toplaşıb. Aksiyaya “Böhran Təşəbbüs Şurası”nın üzvü Albert Baqdasaryan rəhbərlik edir.

“Bu gün hətta müəyyən səbəblərdən tərəddüd edən vətəndaşlar belə ümumxalq hərəkatına qatılıb”, - deyə o çıxışında bildirib.

***

Ermənistan paytaxtı İrəvanda keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir. Yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.

Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən Baqramyan prospekti polis tərəfindən bağlanıb.

***

Aksiya iştirakçıları polisin tələbinə əməl edərək, mərkəzi Bağramyan prospektini tərk ediblər.

Qeyd edək ki, iyulun 29-na keçən gecə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış 73 nəfər xəstəxanalara müraciət edib. Polisin güc tətbiq etməsi nəticəsində 10-dək jurnalist zərər çəkib.

AzVision.az


Teqlər:  





Xəbər lenti