Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlanır

Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlanır
  31 İyul 2016    Oxunub:30085
Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq.

AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu “A Haber” və “ATV” telekanallarının ortaq efirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bütün hərbi təhsil müəssisələrinin əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası fəaliyyət göstərəcək.

Türkiyə Prezidenti, həmçinin peşəkar kadrların yetişdiriləcəyi Jandarma Akademiyasının yaradılacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bütün hərbi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeçiliyinə veriləcək.

Rəcəb Tayyib Ərdoğan deyib ki, dövlət çevrilişinə cəhddən sonra saxlanılanların sayı 18 min 699, həbs edilənlərin isə 10 min 132 nəfərə çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti