`Sarkisyanla görüşməyincə bina azad olunmayacaq` - Jirayr Sefilyan
Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.
Sefilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün prezidentlə görüşməsinin vacib olduğunu qeyd edib: “Prezident Serj Sarkisyan mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla (silahlı qrupun üzvləri-red.), daha sonra Sarkisyanla görüşməliyəm, bunun nəticəsində onlar silahı yerə qoya bilərlər. Amma mən prezidentlə görüşməyincə polis binasını azad etməyəcəklər”.
AzVision.az
Teqlər: