İrəvan qiyamçıları iki tibb işçisini girovluqdan azad etdi

İrəvan qiyamçıları iki tibb işçisini girovluqdan azad etdi
  31 İyul 2016    Oxunub:1667
İrəvanda polis binasını ələ keçirən silahlılar girovda qalan 2 tibb işçisini azad ediblər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

“Həkim Norayr Tevanyan və tibb bacısı Malina Markaryan sərbəst buraxılıblar. Onlar post-patrul xidməti alayının binasından daha bir yaralını çıxarıblar”, - deyə Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytanyan deyib.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.

İyulun 27-də Ermənistanın xüsusi təyinatlı dəstəsi qruplaşmanın ələ keçirdiyi binaya daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşma başçısı Pavel Manukyan və onun oğlu güllə yarası alaraq xəstəxanaya aparılıb. Qruplaşmanın digər üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

AzVision.az



Teqlər:





Xəbər lenti