Ankarada 33 FETÖ-cü saxlanıldı

Ankarada 33 FETÖ-cü saxlanıldı
  31 İyul 2016    Oxunub:1530
Ankara Cümhuriyyət Baş Prokurorluğunun Fetullahçı Terror Təşkilatına (FETÖ) dair araşdırması çərçivəsində aralarında bəzi mərkəz valilərinin də olduğu 33 nəfər saxlanılıb.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, prokurorluq FETÖ araşdırması çərçivəsində mərkəz valiləri və müavinləri, hüquq müşavirləri və müfəttişlərdən ibarət 44 nəfər haqqında nəzarət qərarı çıxarıb.

Polis indiyə qədər şübhəlilərdən 33-nü nəzarət altına alıb. Şübhəlilərin evlərində axtarış aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti