İrəvanda 2 qiyamçı yaralandı, 2-si təslim oldu (Yenilənib)

İrəvanda 2 qiyamçı yaralandı, 2-si təslim oldu (Yenilənib)
  31 İyul 2016    Oxunub:2438
İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis idarəsinin yaxınlığında atəş səsləri eşidilir.
AzVision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən bu dəqiqələrdə qiyamçılara qarşı xüsusi əməliyyat keçirilir.

Rəsmi qurumlar tərəfindən bu barədə hər hansı açıqlama verilməyib.

***
14:36

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.

Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.

İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır. (Apa)

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.

İyulun 27-də Ermənistanın xüsusi təyinatlı dəstəsi qruplaşmanın ələ keçirdiyi binaya daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşma başçısı Pavel Manukyan və onun oğlu güllə yarası alaraq xəstəxanaya aparılıb. Qruplaşmanın digər üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti