Fazil İsgəndər dünyasını dəyişdi

Fazil İsgəndər dünyasını dəyişdi
  31 İyul 2016    Oxunub:2846
Rusiyanın ən məşhur yazıçılarından olan Fazil İsgəndər bu gün 88 yaşında dünyasını dəyişib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunub və oğlunu bir daha görməyib.

Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə çap olunan “Kozlotur bürcü” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.

F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti