Ərdoğanı öldürmək istəyən 11 hərbçi tutuldu

Ərdoğanı öldürmək istəyən 11 hərbçi tutuldu
  01 Avqust 2016    Oxunub:1976
Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı oteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində həbs edilib.
AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, meşəyə qaçan əsgərlərdən 9-u Muğlanın Ula rayonu ərazisində xüsusi əməliyyat nəticəsində yaxalanıb. Digər iki hərbçi isə səhər saatlarında tutulub.

Qeyd olunub ki, əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.

Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti