Rusiya Azərbaycandan neft nəqlini dayandırdı – Zəlzələyə görə

Rusiya Azərbaycandan neft nəqlini dayandırdı – Zəlzələyə görə
  01 Avqust 2016    Oxunub:2842
Rusiyanın "Transneft" şirkəti Azərbaycanda baş verən zəlzələ ilə bağlı `Bakı-Novorossiysk` boru kəməri ilə neftin nəqlini dayandırıb.
AzVision.az “TASS” agentliyinə istindən xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi İqor Dyomin jurnalistlərə bildirib.

O həmçinin vurğulayıb ki, bütün liman ərazisində işlər qaydasında davam etdirilir: "Yüklənmə qrafikə uyğun davam etdirilir".

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 08:46:36-da İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5.6 olub. 26 kilometr dərinlikdə baş verən zəlzələ yaxın ərazilərdə 4 bala kimi hiss olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti