Trampın arvadının çılpaq şəkilləri yayıldı – FOTOLAR
“Melaniya fantastik şəxsiyyət idi və mənimlə olduqca mehriban formada davranırdı. Mən hesab edirəm ki, qadının gözəllik və azadlığını göstərmək olduqca əhəmiyyətlidir və mən bu materiallarla fəxr edirəm. Çünki bu iş Melaniyanın gözəlliyini vurğulayır”, - deyə şəkilləri çəkən fotoqraf Ale de Basvill bildirib.
Donald Trampın özü isə hadisəni şərh edərkən bildirib ki, Melaniya öz dövrünün ən uğurlu modellərindən biri olub və o, jurnalların üz qabığı da daxil olmaqla xeyli sayda fotosessiya edib: “Bu fotolar mən onunla tanış olana qədər çəkilib”.
Qeyd edək ki, Tramp öz gələcək həyat yoldaşını ilk dəfə 1998-ci ildə Nyu-Yorkda görüb. Cütlük 2005-ci ildə Florida da ailə həyatı qurub.
“New York Post” nəşrində dərc olunan Melania Trampın çılpaq şəkillərinə BURADAN baxa bilərsiniz
Eldar Tanrıverdiyev
AzVision.az