Trampın arvadının çılpaq şəkilləri yayıldı – FOTOLAR

Trampın arvadının çılpaq şəkilləri yayıldı – FOTOLAR
  01 Avqust 2016    Oxunub:135155
ABŞ-ın “New York Post” nəşri ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Trampın həyat yoldaşı Melaniyanın çılpaq fotolarını yayımlayıb.
AzVision.az xəbər verir ki, fotolar 1996-cı ildə Fransanın “Max” kişi jurnalının yanvar buraxılışında yayımlanıb. Jurnal 2006-cı ildən nəşr olunmur. Həmin vaxt sloven əsilli Melaniyanın 25 yaşı olub.

“Melaniya fantastik şəxsiyyət idi və mənimlə olduqca mehriban formada davranırdı. Mən hesab edirəm ki, qadının gözəllik və azadlığını göstərmək olduqca əhəmiyyətlidir və mən bu materiallarla fəxr edirəm. Çünki bu iş Melaniyanın gözəlliyini vurğulayır”, - deyə şəkilləri çəkən fotoqraf Ale de Basvill bildirib.

Donald Trampın özü isə hadisəni şərh edərkən bildirib ki, Melaniya öz dövrünün ən uğurlu modellərindən biri olub və o, jurnalların üz qabığı da daxil olmaqla xeyli sayda fotosessiya edib: “Bu fotolar mən onunla tanış olana qədər çəkilib”.

Qeyd edək ki, Tramp öz gələcək həyat yoldaşını ilk dəfə 1998-ci ildə Nyu-Yorkda görüb. Cütlük 2005-ci ildə Florida da ailə həyatı qurub.











“New York Post” nəşrində dərc olunan Melania Trampın çılpaq şəkillərinə BURADAN baxa bilərsiniz

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti