Ərdoğan 4 min məhkəmə iddiasını geri götürdü

Ərdoğan 4 min məhkəmə iddiasını geri götürdü
  01 Avqust 2016    Oxunub:2400
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 000 məhkəmə iddiasını geri götürüb.
AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidentinin vəkili Hüseyin Aydın məhkəməyə müraciət edib. Bundan sonra məhkəmə işləri ədliyyə nazirinə göndəriləcək və nazir də işlərə məhkəmədə baxılmasına icazə verməyəcək.

Eyni zamanda ölkə prezidenti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı qarşı məhkəmə iddialarını da geri götürüb.

Ərdoğanın humanist addımı yalnız iki nəfərə - Fevzi İşbaşaran ilə Hüseyin Aygün isə şamil edilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti