Ermənistanda 47 nəfər həbs olundu – Qiyama görə

Ermənistanda 47 nəfər həbs olundu – Qiyama görə
  01 Avqust 2016    Oxunub:2396
Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) İrəvanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı 47 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nın yaydığı məlumatda bildirilir.

Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və “Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən gün Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamada bildirilir.

Xatırladaq ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti