ABŞ Azərbaycanda maliyyə şəffaflığına müsbət rəy verdi

 ABŞ Azərbaycanda maliyyə şəffaflığına müsbət rəy verdi
  01 Avqust 2016    Oxunub:4980
ABŞ Dövlət Departamenti 2016-vı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzVision.az bildiriblər ki, hesabatda Azərbaycanın budcəsinə dair məlumatlar və həmçinin təbii sərvətlərin işlənməsinə üçün dövlət kontraktlarının və lisenziyaların verilməsi prosesləri əksini tapıb.

Hesabatda Azərbaycan tərəfindən maliyyə şəffaflığının təminatı istiqamətində etdiyi mühüm irəliləyişlər qeyd edilir və ABŞ hökumətinin Azərbaycanın sözügedən sahədə etdiyi səylərə yüksək qiymət verdiyini vurğulanır. Sənəddə bildirilir ki, maliyyə şəffaşlığı vətəndaşlara büdcə barədə məlumat verərək hökumətin məsuliyyətinin və daha fəal ictimai müzakirələrin gücləndirilməsinə təkan verir:

"İctimai maliyyə idarəçiliyinin vacib bir elementi olan maliyyə şəffaflığı bazarda etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynayır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti