Nalbandyan və Janelidze Qarabağı müzakirə etdi

Nalbandyan və Janelidze Qarabağı müzakirə etdi
  01 Avqust 2016    Oxunub:1806
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan gürcü həmkarı Mixail Janelidze ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti müzakirə edib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Nalbandyanın Gürcüstana səfəri çərçivəsində baş tutub. Nazirlər Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələri ilə bağlı müzakirə aparıblar.

"Problemin yalnız sülh yolu ilə həll ediləcəyinə dair fikirlərimiz üst-üstə düşdü", - deyə Nalbandyan görüşlə bağlı danışarkən bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti