Türkiyədə tutulanların sayı 10 mini keçdi

Türkiyədə tutulanların sayı 10 mini keçdi
  01 Avqust 2016    Oxunub:1927
Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək 18 min 756 şəxs nəzarətə götürülüb.
AzVision.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 10 min 192-si həbs edilib.

Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə əlaqədar kifayət qədər sübutların olduğunu deyən Baş nazir qeyd edib ki, hərbi xidmət müddətinin və hərbçilərin sayının azaldılması, kəşfiyyat sisteminin təkmilləşdirilməsini də gündəmdədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti