Binəli Yıldırım müxalifət liderləri ilə görüşüb

Binəli Yıldırım müxalifət liderləri ilə görüşüb
  01 Avqust 2016    Oxunub:1517
Türkiyənin Baş naziri Binəli Yıldırım Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşlər keçirib.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşlərdə dövlət çevrilişinə cəhddən sonra ölkədəki vəziyyət, fövqəladə vəziyyətin elan olunmasından sonra qəbul edilən fərman və sərəncamlar, Konstitusiyaya ilkin dəyişiklik, iyulun 15-dən sonra ölkədə siyasi mühitin normallaşması prosesi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti