FETÖ-nün `1 dollar`-nın sirri açıldı

FETÖ-nün `1 dollar`-nın sirri açıldı
  02 Avqust 2016    Oxunub:3922
İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsində qiyamçıların üzərindən tapılan 1 dollarlıq əskinasların sirri açılıb.
AzVision.az “habertürk-ə istinadən xəbər verir ki, hərbi çevriliş cəhdinə görə həbs edilən şəxslərin verdikləri ifadələrə görə, həmin əskinazlar FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülən tərəfindən üflənib və onların üzərinə dua oxunub.

Qeyd olunub ki, “F” seriyalı pullar Gülənə yaxın olan şəxslərə verilib və pulların üzərindəki seriya nömrələri gizli qruplaşma üzvlərinin pasport nömrələrini əvəz edib.

Eyni zamanda 1 dollarlar Fətullah Gülənin yaşadığı Pensilvaniyada seçilərək kodlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti