Petkimdə FETÖ əməliyyatı - 11 nəfər tutuldu (Yenilənib)

Petkimdə FETÖ əməliyyatı - 11 nəfər tutuldu (Yenilənib)
  02 Avqust 2016    Oxunub:2677
Türkiyənin hüquq-mühafizə orqanlarının “Petkim Petrokimya Holding A.Ş."-yə məxsus obyektdə keçirdiyi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyata başçılığı İzmir Cumhuriyyet prokuroru Okan Bato edib.

Məhkəmə aralarında "Petkim"in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb. Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində saxlanılıb.

**

Türkiyənin hüquq-mühafizə orqanları FETÖ terror qruplaşmasına qarşı aparılan əməliyyat çərçivəsində “Petkim Petrokimya Holding A.Ş.”-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə xüsusi əməliyyat keçirir.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xüsusi əməliyyat dəstəsi holdinqin şəhərciyində bəzi ünvanlarda axtarış aparır. Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, şirkətin 200-ə yaxın işçisi 15 iyul qiyamından sonra vəzifəsindən kənarlaşdırılmışdı. Belə ki, "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti