Türkiyədə yenidən hərbi qiyam baş verə bilər

Türkiyədə yenidən hərbi qiyam baş verə bilər
  02 Avqust 2016    Oxunub:2501
Türkiyədə yenidən hərbi çevrilişə cəhd baş verə bilər.
AzVision.az Türkiyə mətuatına istinadən xəbər verir ki, buna səbəb Fətullah Gülən terror qruplaşması (FETÖ) üzvlərinin sosial şəbəkələrdə paylaşdığı sözlərdir.

Xəbərdə deyilir ki, artıq bir neçə gündür Fətullah Gülən tərəfdarları tvitterdə “səbir edin” mesajları yazır. Fətullah Gülən isə : “ Nə qədər ağır gəlirsə dişini sıx və səbr et. Gözlədiklərinin qarşılığında inqibatorların yumurtları 20 gün çevirdiyi qədər səbr et”.

İddialara əsasən, Türkiyədə növbəti hərbi qiyam avqustun 14-nə planlaşdırılır. Bundan başqa belə məlumatlardan biri də Baş nazir yanında mütəxəssis kimi işləmiş Akif Mustafa Koçyiğit adına açılan “tvitter”dən paylaşılıb.

Qeyd edək ki, hazırda Akif Mustafa Koçyiğit FETÖ-ya gilzi olaraq xüsusi məlumatlar verdiyinə görə saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti