Rus turistlərin seçimi – Bakı üçüncüdür

Rus turistlərin seçimi – Bakı üçüncüdür
  02 Avqust 2016    Oxunub:19875
Minsk şəhəri SSRİ ölkələri arasında rus turistlərin ən çox səyahət etdiyi şəhər olub.

Bu barədə AzVision.az “RoomGuru.ru” turist servisinin yaydığı məlumata əsasən xəbər verir.

Məlumata əsasən rus turistlər orta hesabla Belarus paytaxtında 3,5 gün keçirir və gün ərzində oteldə qalmağa 2,5 min rubl xərcləyir. İstirahət edənlər arasında populyarlığa görə ikinci yeri Alma-Ata şəhəri tutur. Burada otellər rus turistlərə bir günü üçün 2,7 min rubla başa gəlir.

Azərbaycan paytaxtı Bakı isə reytinqdə üçüncü pillədə qərarlaşıb. Rus turistlər Bakı otellərində qalmaq üçün orta hesabla 2,8 min rubl xərcləyir. Dördüncü pillədə isə Astana yer alıb. Qazaxıstan paytaxtında olan otellər siyahıda yer alan digər şəhərlərdən bahalıdır. Belə ki, burda qalmaq üçün rus turistlər orta hesabla Astana da 3,5 min rubl xərcləyir.

Bundan əlavə, ilk onluğa İrəvan, Kiyev, Daşkənd, Bişkek, Vitebsk və Kişinyov da var.

“RoomGuru.ru” ekspertləri 01 yanvar – 31 iyul 2016 tarixlərində otel və apartamentlərin axtarışı və bronlaşdırılması barədə axtarışları analiz edərək reytinqi tərtib ediblər. Riqa, Tallin və Vilnüs barədə məlumatlar reytinqdə yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti