Türkiyə 300 milyard ziyana düşüb

Türkiyə 300 milyard ziyana düşüb
  02 Avqust 2016    Oxunub:2243
Türkiyədə hərbi çevriliş cəhdi ölkə iqtisadiyyatına ən azı 300 milyard türk lirəsi (təxminən 100 milyard ABŞ dolları) ziyan vurub.
AzVision.az "Hurriyet" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin ticarət və gömrük naziri Bülənt Tüfənkçi bildirib.

Onun sözlərinə görə, ətraflı hesablamalar aparılan zaman bu rəqəm arta bilər:
“Buna baxmayaraq, ölkə iqtisadiyyatı bu ağır imtahandan üzüağ çıxa bilib. Təəssüf ki, Türkiyənin üçüncü dünya ölkəsi olması təsviri yaradıldı. Bütün bunlar ortamüddətli perspektivdə itkiləri artıracaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti