Putin gələn həftə Bakıya gəlir - Gündəlik bəllidir

Putin gələn həftə Bakıya gəlir - Gündəlik bəllidir
  02 Avqust 2016    Oxunub:3293
Rusiya Prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, V. Putin Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk dəfə keçirilən üçtərəfli görüşündə iştirak edəcək.

Görüşdə beynəlxalq gündəlikdə olan məsələləri, habelə energetika və nəqliyyat sahəsindəki tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti