Yığmamızdan imtina edən idmançı Nazarbayevlə görüşdü - FOTOLAR

Yığmamızdan imtina edən idmançı Nazarbayevlə görüşdü - FOTOLAR
  02 Avqust 2016    Oxunub:44275
Ağır atletika üzrə Qazaxıstan millisi Olimpiya Oyunlarında iştirak etmək məqsədilə Rio-de-Janeyroya yollanıb.
Bu barədə AzVision.az Qazaxıstan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən komanda qruplar halınjda oyunlara qatılacaq. İlk qrupda Braziliyaya Aleksey Ninin rəhbərliyi altında məşqçilər korpusu gedib. İdmançılar Olimpiyadanın ilk günündə yarışa çıxacaqlar. Qazaxıstanı Olimpiyadada bu idmançılar təmsil edəcək: Marqarita Yeliseyeva (48 kq), Arli Çont (56 kq), Fərhat Hakri (62 kq), Nicat Rəhimov (77 kq), Denis Ulanov (85 kq), Aleksandr Zayçikov (105 kq), Karina Qoriçeva (63 kq) və Jazira Japparkul (63) kq.

Qeyd edək ki, həmyerlimiz olan Nicat Rəhimov Azərbaycan Ağır Atletika Federasiyasında bəzi problemlərlə qarşılaşıb ölkəsini tərk edib.

Bir neçə gün öncə azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüş ölkə rəhbərinin Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların qəbulu zamanı baş tutub.



Nazarbayev Olimpiadada iştirak hüququ qazanan 102 idmançıdan 35-ni qəbul edib. Bu atletlər sırasında Azərbaycan yığmasından imtina edərək Qazaxıstan millisini seçən dünya çempionu Rəhimov da olub. Prezident yığmada yer alan idmançılara inandığını vurğulayaraq, onlara uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandasının sabiq bolqar baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, Nicat Rəhimov yığmamızı tərk edib. İki illik diskvalifikasiyadan sonra Qazaxıstan yığmasının şərəfini qoruyan Rəhimov bu ölkənin idmançısı kimi ötən il ABŞ-ın Hyuston şəhərində dünya çempionu olub. 11 gündən sonra 23 yaşını qeyd edəcək Nicatdan Olimpiadada da medal gözlənilir.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti