`İsrailin `erməni soyqırımı` ilə bağlı mövqeyi dəyişməzdir` - Rəsmi

`İsrailin `erməni soyqırımı` ilə bağlı mövqeyi dəyişməzdir` - Rəsmi
  02 Avqust 2016    Oxunub:1893
İsrailin Azərbaycandakı səfirliyi İsrail Knessetində komitənin qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılmış məlumata münasibət bildirib.
AzVision.az xəbər verir ki, səfirlikdən "Report"a bildirilib ki, İsrail Knessetinin Təhsil, Mədəniyyət və İdman Komitəsinin qərarına baxmayaraq, İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Səfirlik bu məsələnin tarixçilərə aid olduğunu və siyasi müzakirə mövzusu olmasına ehtiyac duyulmadığını vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti