Ermənistanda silah satışı qadağan edildi

Ermənistanda silah satışı qadağan edildi
  02 Avqust 2016    Oxunub:2021
“Ermənistanda bəzi silah növlərinin satışına qadağa qoyulub”.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, silah satışı polis tərəfindən nəzarətə götürülüb və müəyyən silah növlərinin satışı qadağan edilib.

Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan da faktı təsdiq edib.

Xatırladaq ki, “Sasna çrer” adlı silahlı qrup iyulun 17-dən 31-dək Ermənistan polisinin patrul-mühafizə alayının binasını zəbt edib. Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti binanın tutulması ilə bağlı 47 şəxsin saxlanıldığı barədə məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti