Gürcüstandakı azərbaycanlı turistlərin sayı artıb

Gürcüstandakı azərbaycanlı turistlərin sayı artıb
  03 Avqust 2016    Oxunub:1827
"Gürcüstanda son yeddi ay ərzində 3,4 milyon turist olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,6%-lik artım deməkdir".
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.

Onun sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur, eyni zamanda, son 7 ayda Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisdə 15,1% artıb.

Administrasiya rəhbərinin verdiyi məlumata görə, turistlərin sayında Azərbaycanın ardınca Türkiyə (+1,6%), Ermənistan (-0,8%), Rusiya (+10,3%) və Ukrayna (+24,3%) qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti