Dəniz Baykalın intim görüntülərində Gülən izi

Dəniz Baykalın intim görüntülərində Gülən izi
  03 Avqust 2016    Oxunub:2969
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın bir neçə il öncə FETÖ şəbəkəsi tərəfindən intim görüntülərlə şantaj edildiyi məlum olub.
AzVision.az axar.az-a istinadən bildirir ki, bu barədə Ankara Cümhuriyyət Prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, Baykalın yaşadığı evə FETÖ-cular tərəfindən bir neçə kamera və dinləmə cihazları yerləşdirilib.

Bundan əlavə, Baykala qarşı bu işi həyata keçirənlərlə Ərdoğanın özəl danışıqlarını dinləyənlərin eyni şəxslər olduğu öyrənilib.

Xatırladaq ki, bir neçə il öncə CHP sədri Dəniz Baykalın intim görüntüləri yayılmışdı. Bu olay Türkiyə mediasında "kaset olayı" adı ilə xatırlanırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti