Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Ərdoğan Putinlə nəyi müzakirə edəcək?
  03 Avqust 2016    Oxunub:1864
Türkiyə prezidenti Rəcəb Rayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüş zamanı müzakirə olunacaq məsələlərdən danışıb.
Ərdoğan Ankaradakı iqtisadi forumda çıxışı zamanı bildirib ki, Rusiya prezidenti ilə Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan görüş zamanı Rusiya bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan böhranı müzakirə etməyi planlaşdırır.

Türkiyə prezidenti əlavə edib ki, danışıqlar zamanı, həmçinin iqtisadi əməkdaşlıq və regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri avqustun 9-da Sankt-Peterburq şəhərində görüşəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti