İrəvanın mərkəzində mitinq keçirildi

İrəvanın mərkəzində mitinq keçirildi
  03 Avqust 2016    Oxunub:1697
İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, mitinqə “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib. O, çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunacaqlarına və yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.

O əlavə edib ki, mitinq planlı şəkildə keçirilmir və istəyən şəxs mikrofona yaxınlaşaraq çıxış edə bilər.

Çıxış edən “Missiya” partiyasının nümayəndəsi Manuk Sukiasyan “İrs” partiyasının sədr müavini Armen Martirosyan, partiya üzvü David Sanasaryan və politoloq Andrias Qukasyanın həbsinin təfərrüatlarını açıqlayıb.

Müxalifətçi “Təsis parlamenti” hərəkatının üzvləri Jirayr Sefilyan və Alek Yeniqomşyanın azadlığa buraxılmasını tələb edərək müddətsiz aclıq aksiyası elan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti