Qarabağda erməni əsgər öldü

Qarabağda erməni əsgər öldü
  03 Avqust 2016    Oxunub:4682
Ötən gün cəbhə xəttində Ermənistan ordusunun əsgəri minaya düşüb
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Ermənistan ordusunda xidmət edən 1996-cı il təvəllüdlü Qevorq Arturoviç Arutunyan minaya düşüb və partlayış nəticəsində ölüb.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti