Rus əsgər yenə Gümrüdən qaçdı

Rus əsgər yenə Gümrüdən qaçdı
  03 Avqust 2016    Oxunub:2361
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından yenə əsgər qaçıb.
AzVision.az erməni KİV-inə istinadən xəbər verir ki, adı açıqlanmayan hərbçi Voskeask kəndinin sakinləri tərəfindən saxlanılaraq Rusiya sərhədçilərinə təhvil verilib.

Bu məlumatı Şirak vilayətinin Voskeask kənd administrasiyasının rəhbəri Artaşes Saakyan da təsdiq edib.
"Üç nəfər onu saxlayıb və hərbi hissəyə qaytarıb", - deyə A.Saakyan bildirib. Amma o, əsgərin üzərində silah olub-olmadığını açıqlamayıb.

Xatırladaq ki, 2015-ci il yanvarın 12-də Gümrüdəki hərbi baza qaçan rusiyalı hərbçi Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti