`Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər` - Ovannisyan

`Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər` - Ovannisyan
  03 Avqust 2016    Oxunub:2209
“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.
AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan bildirib.

Onun sözlərinə görə hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı mübarizə aparan anti-terrorçular olacaq. İndiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti